Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Fətəli xan Xoyskiyə həsr olunmuş yeni kitab nəşr olunub.
Modern.az xəbər verir ki, “Azərbaycan siyasi tarixində Fətəli Xan Xoyski (1875–1920)” adlı əsərin müəllifi Dr. Zeynep Akarslandır.
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Xoyskinin baş nazir və digər mühüm dövlət vəzifələrindəki fəaliyyəti geniş şəkildə təhlil olunur.
Əsərdə Xoyskinin Osmanlı dövləti ilə münasibətləri, Cümhuriyyətin müstəqilliyinin qorunması uğrunda gördüyü işlər xüsusi vurğulanır.
Kitab LSU nəşriyyatı, TESAM və Türkiyat Araşdırmaları İnstitutu tərəfindən birgə çap olunub.