Modern.az

Azərbaycan musiqisi Ankarada xoş ovqat yaratdı

Azərbaycan musiqisi Ankarada xoş ovqat yaratdı

Aktual

4 İyun 2025, 09:42

Ankarada Jurnalistlər Cəmiyyəti və Türkiyə İdman Yazarları Dərnəyinin (TSYD) üzvü Arman Talayın vəfatının 27-cı ildönümündə onun adına təşkil edilən mükafatlandırma mərasimi keçirilib. Jurnalistlər Cəmiyyətinin TSYD ilə birgə təşkil etdiyi mərasimdə Türkiyənin 14 tanınmış idmançısı və jurnalistinə Arman Talay adına mükafat təqdim edilib.

1998-ci ildə ürək tutması nəticəsində həyatını itirən Türkiyə İdman Yazarları Dərnəyi (TSYD) Ankara şöbəsinin keçmiş sədri jurnalist Arman Talayın xatirəsinə ənənəvi olaraq təşkil edilən mükafatlandırma mərasiminə idman, siyasət, iş və sənət dünyasının bir çox simaları qatılıb.

Tədbirdə həmyerlimiz Aytən Rəimovanın rəhbərliyi ilə Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursları şagirdlərinin - Enis Efe Özdəmirin və  Pelin Beyazkılıçin pianoda ifa etdikləri T.Quliyevin “Vals” əsəri,  A.Babayevin “Nazəndə sevgilim” mahnısı Ankara ictimaiyyətinin təmsilçiləri tərəfindən böyük maraq və hərarətli alqışlarla qarşılanıb. Azərbaycan musiqisi tədbirə xüsusi bir gözəllik və qeyri-adi ovqat bəxş edib. 

Yeri gəlmişkən, xalqımızın zəngin mədəni irsini tanıtmaqda, milli mədəniyyətimizin dünyaya inteqrasiyasında Ankaradakı Azərbaycan diasporu da xüsusi rol oynayır. Burada fəaliyyət göstərən “Səda” musiqi kurslarının rəhbəri - əsl vətənpərvər, qəlbi daim Vətənlə bağlı olan Aytən Rəhimova da Azərbaycan musiqisinin qardaş Türkiyədə təbliğ olunmasında təqdirəlayiq xidmətlər göstərir, milli musiqimizi, zəngin musiqi sərvətimizi  tanıtmağa və sevdirməyə böyük əmək sərf edir.

Hikmət Xudiyev,
Ankara

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU