Modern.az

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

Aktual

4 İyun 2025, 09:34

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU