Modern.az

Moskvada erməni biznesmen oğurlandı

Moskvada erməni biznesmen oğurlandı

Aktual

4 İyun 2025, 10:54

Rusiyanın bir neçə Teleqram kanalı çərşənbə axşamı Moskvanın mərkəzində, Yaroslavski dəmiryol vağzalı yaxınlığında yoldan keçənləri köməyə çağıran və polisə zəng etməyi xahiş edən bir nəfərin oğurlanması barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, qaçırılan şəxsin sosial şəbəkələrdə qeyd edildiyi kimi, erməni biznesmen Areq Şepixin olduğu ehtimal edilir.

Bir sıra internet nəşrləri, o cümlədən “Baza” yazır ki, qaçırılan şəxs Moskvanın mərkəzindən sayrışan işığı olan avtomobilin yük yerində aparılıb. Avtomobilin Federal Mühafizə Xidmətində qeydiyyatda olan nömrəsi olub.

Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsi xəbər verir ki, polis araşdırmaya başlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı