Modern.az

"Xozeyn" ləqəbli tiktoker azadlığa buraxıldı

"Xozeyn" ləqəbli tiktoker azadlığa buraxıldı

Aktual

4 İyun 2025, 14:22

"Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə APA-ya vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU