Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının məlumatında bildirilib.
Danışıqlar zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.
Ərdoğan, həmçinin Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.