Modern.az

Komitə sədri diaspor təşkilatlarının rəhbərləri ilə görüşdü - FOTOLAR

Komitə sədri diaspor təşkilatlarının rəhbərləri ilə görüşdü - FOTOLAR

Aktual

5 İyun 2025, 09:12

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovla birgə Belçikadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb. 

Modern.az xəbər verir ki, Azərbaycanın Belçikadakı Səfirliyində baş tutan görüşə "Fireland” Azərbaycanlılar Birliyinin rəhbəri İlahə Tağıyeva,  BAF-Belçika Azərbaycanlıları Federasiyasının vitse-prezidenti Anar Malik, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının rəhbəri Emin Əliyev, “Radio Octo” Radio kanalının təsisçisi Rüfət Abbasov, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Yasəmən Abbasi, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının həmsədri Aysu Əhməd, komitə və səfirliyin əməkdaşları qatılıb. 

Görüşdə xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb.  Görüləcək işlər, qarşıda duran hədəflər,  həyata keçiriləcək layihələr və gələcəyə dair perspektiv  planlar ətrafında geniş fikir mübadiləsi  aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Komitə sədri diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTOLAR

Komitə sədri diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTOLAR

Komitə sədri diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb - FOTOLAR

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi