Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, Nikol Paşinyan Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Türkiyə prezidenti isə Ermənistanın baş nazirini 2026-cı ilin yazında Ermənistanda Avropa Siyasi Birliyinin Zirvə toplantısının keçirilməsi münasibətilə təbrik edib.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.