Modern.az

Azərbaycan bu Şuraya üzv seçildi

Azərbaycan bu Şuraya üzv seçildi

Aktual

5 İyun 2025, 21:18

BMT Turizmin Avropa Regional Komissiyasının iyunun 5-6-da Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.

 

Modern.az xəbər verir ki, Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniya, Fransa, Xorvatiya və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.

 

Qeyd edək ki, Azərbaycan 2013-2017-ci, 2017-2021-ci və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.

 

Tədbirin sonunda müzakirələr nəticəsində Avropa Regional Kommissiyasının növbəti 72-ci iclasının Maltada keçirilməsi qərarı təsdiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi