ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bu barədə qurumun “Facebook” hesabında məlumat verilib.
Qeyd edilib ki, 5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.
Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.
Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.