Modern.az

Bakıda oğurluq edən 4 nəfər tutuldu

Bakıda oğurluq edən 4 nəfər tutuldu

Aktual

7 İyun 2025, 12:41

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Opel” markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində qol saatları və eynək oğurlanıb.

DİN-dən Modern.az-a bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıb.

Həmçinin Xətai rayonu ərazisində yerləşən bir evin qarşısından mopedi, Binəqədi rayonunda isə paytaxt sakininə məxsus 3300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Mustafayev, 21 yaşlı D.Melikov və M.Mehdizadə də saxlanılıblar.

Araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi