Modern.az

Ter-Petrosyan II Qaregini dəstəklədi - Paşinyana qarşı çıxdı

Ter-Petrosyan II Qaregini dəstəklədi - Paşinyana qarşı çıxdı

8 İyun 2025, 01:24

İyunun 7-də Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə gedərək bütün ermənilərin katolikosu II Qareginlə şəxsi söhbət edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, çıxışı zamanı eks-prezident katalikosa tam dəstəyini ifadə edib.

Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin keşişlərinə qarşı açıqlamalarını pisləyib.

Xatırladaq ki, son günlər Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi qarşıdurma yaşanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?