Modern.az

Paşinyan Ter-Petrosyana da “müharibə” ELAN ETDİ

Paşinyan Ter-Petrosyana da “müharibə” ELAN ETDİ

Aktual

8 İyun 2025, 16:42

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın birinci prezidenti Levon Ter-Petrosyan və bütün ermənilərin katolikosu II Qareginin dünənki görüşünü şərh edib.

Modern.az xəbər verir ki, Paşinyan sosial şəvəkədəki açıqlamasında Levon Ter-Petrosyana da “mühaibə” elan edib.

"Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir", - deyə Paşinyan eks-prezidentin II Qaregini dəstəkləməsinə münasibət bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə gedərək katolikos II Qareginlə söhbət edib. Söhbət zamanı eks-prezident katalikosu tam dəstəklədiyini bildirib. Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin keşişlərinə qarşı açıqlamalarını pisləyib.

Xatırladaq ki, son günlər Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi qarşıdurma yaşanır.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi