"Əvvəlki illərlə müqayisədə bu il zəvvarlar arasında xəstəlik halları nisbətən aşağıdır."
Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
QMİ rəsmisi bildirib ki, zəvvarlarımızın səhhəti ilə bağlı vəziyyət yaxşıdır:
"Bu il əvvəlki dövrlərlə müqayisədə xəstəlik halları nisbətən aşağıdır. Zəvvarlar özlərini yaxşı hiss edirlər. Həccin son ayinlərini yerinə yetirirlər."
V.Cahangiri azərbaycanlı zəvvarların vətənə nə vaxt dönəcəyini də açıqlayıb:
"Zəvvarların vətənə ilk dönüşü iyun ayının 16-da baş tutacaq."
Qeyd edək ki, bu il Azərbaycandan 1250 zəvvar Həccə yola düşüb.