Modern.az

TÜRKPA bu tarixdə plenar iclasa toplaşacaq

TÜRKPA bu tarixdə plenar iclasa toplaşacaq

Aktual

9 İyun 2025, 13:00

11-12 iyun 2025-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyillə TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcək. 

Bu barədə Modern.az-a TÜRKPA-dan məlumat verilib.

14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

Toplantı çərçivəsində, həmçinin Assambleya Şurasının, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi