Modern.az

Hərbçimiz Biləsuvarda dəfn olundu

Hərbçimiz Biləsuvarda dəfn olundu

Aktual

9 İyun 2025, 17:19

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn olunub.

Modern.az-ın məlumatına görə, 19 yaşlı hərbçi doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Rasim Həsənli bu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək