Modern.az

"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ!

"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ!

Aktual

10 İyun 2025, 08:32

"WhatsApp" mesenceri çoxdan gözlənilən bir funksiyanı nəhayət təqdim edib.

Modern.az xəbər verir ki, artıq mesencerdə avtomatik yüklənən fotoşəkil və videoların keyfiyyətini seçmək mümkün olacaq.

Bunun üçün "Media yükləmə keyfiyyəti" bəndi altında "Saxlanılanlar və məlumatlar" menyusuna getmək lazımdır. Belə ki, istifadəçilər media fayllarını sıxılmış formada yükləyən "standart keyfiyyət" və daha yüksək təsvir və video çözümlülüyü təmin edən "HD keyfiyyət"i seçə bilərlər.

Qeyd edək ki, bu funksiya hələlik sınaq mərhələsindədir. Hazırda ondan yalnız "Android" əməliyyat sistemi ilə işləyən smartfonlarda "WhatsApp" beta-versiyasının istifadəçiləri yararlana bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ