Modern.az

Putinin köməkçisini Azərbaycan əleyhinə kim danışdırır?

Putinin köməkçisini Azərbaycan əleyhinə kim danışdırır?

Aktual

10 İyun 2025, 17:01

Rusiya Prezidentinin  köməkçisi Vladimir Medinski Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qalmaqallı açıqlama verib.  O, “Russia Today” kanalına müsahibəsində  Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib və bu bölgəni Ukraynadakı müharibə ilə müqayisə etməyə çalışıb. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal və sərt reaksiya verib.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya Paralamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamada Qarabağı mübahisəli ərazi kimi təqdim etməsi uzun illər torpaqlarımızın işğal altında qalmasının əsas səbəblərindən biridir:

"Çünki belə açıqlmalar bir daha təsdiq edir ki, Rusiya üzdə Azərbaycanın ərazilərinin bütövlüyünü dəstəkləsə də, alt planında bu münaqişənin həll olunmasında maraqlı olmayıb. Keçmiş münaqişənin həll olunması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də Rusiya idi. Artıq həll olunmuş Qarabağ münaqişəsinin həlli, BMT TŞ-ının 4 qətnaməsinin icra edilməsi ilə məşğul olmalı olan bu qurum 28 ildə heç bir iş görmədi. Təbii ki, münaqişənin uzun illər həll olunmayaraq qalmasının kökündə də Minsk qrupunun həmsədrlərinin bu münaqişənin həll olunmasında maraqlı olmaması dayanırdı. Amma Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 gündə özünün suverən ərazilərini işğaldan azad etdi və 20 sentyabr 2023-cü ildə Qarabağda erməni separatçılığın kökünü kəsdi. İndi isə görünən odur ki, Rusiyanın bəzi dairələri məsələni belə həll etməyimizi arzulamayıblar və ərazilərimizdə separatçılığın yuvasını əbədi saxlamaqla sonu görünməyən münaqişəli vəziyyətin davam etməsini istəyiblər".

Deputat hesab edir ki, XİN sözçüsünün məsələyə münasibəti və verdiyi cavabın Ruisyanın müəyyən dairələrində müzakirə olunacaq: 

"Biz Azərbaycan-Rusiya münasibətlərinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə çalışırıq. Amma  münasibətlər ikitərəfli şəkildə qarşılıqlı hörmət əsasında davam və inkişaf etməlidir. Bu baxımdan dövlətlərin rəsmi şəxsləri öz ifadələrinə diqqət etməli və qonşuluq münasibətlərinə xələl gətirəcək ifadələrdən çəkinməlidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi