Modern.az

Jurnalist təşkilatı erkən nikah əleyhinə maarifləndirmə işi aparacaq

Jurnalist təşkilatı erkən nikah əleyhinə maarifləndirmə işi aparacaq

Aktual

10 İyun 2025, 09:05

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin məqsədi erkən nikahların fəsadları barədə maarifləndirici məqalələr hazırlamaqla ictimaiyyətin diqqətini bu problemə yönəltməkdir.

Məqalələrdə erkən nikahların fərd və cəmiyyət üçün yaratdığı problemlərə, yeniyetmə qızların təhsildən kənarlaşdırılmasının gələcəkdə doğuracağı fəsadlara toxunulacaq.

Hazırlanacaq məqalələr ölkənin aparıcı media subyektlərində yerləşdiriləcək. Layihə çərçivəsində millət vəkilləri, ölkənin tanınmış ictimai xadimləri, nüfuzlu ekspertlərlə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

“Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” adlı layihə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ