Modern.az

Şəhid övladları Şuşa və Xankəndidə - FOTO

Şəhid övladları Şuşa və Xankəndidə - FOTO

Aktual

10 İyun 2025, 11:38

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil olunub.

Modern.az xəbər verir ki, 4–6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən “Zəfər Sədası” adlı intellektual yay düşərgəsi “Konstitusiya və Suverenlik İlinə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyera yönümlü inkişafı və Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi olub.

Düşərgənin ilk günü – 4 iyunda iştirakçılar Qarabağın incisi olan Şuşa şəhərinə səfər ediblər. Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi kimi tarixi abidələrə baş çəkən gənclərə Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi barədə geniş məlumat verilib.

5 iyunda iştirakçılar Qarabağ Universitetini ziyarət edərək rektor Şahin Bayramovla görüşüblər. Rektor şəhid övladlarını universitetdə qəbul etməkdən qürur duyduqlarını bildirib, bu torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Daha sonra universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.

“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova bu səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmin gün “Xəzər” İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın sonunda qaliblərə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub. Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova çıxış edərək düşərgə iştirakçılarını təbrik edib və bildirib ki, Şirkətlər Qrupu sosial və gənclər siyasətinin də fəal iştirakçısı kimi müxtəlif təhsil və inkişaf layihələrinə yaxından dəstək verir.
Bundan əlavə, 6 iyun tarixində iştirakçılar üçün Veysəloğlu Şirkətlər Qrupunun “Araz” və “OBA” biznes şəbəkələrinin Xankəndidəki satış məntəqələrinə infoturlar təşkil olunub. Bu turlar zamanı gənclər ticarət şəbəkələrinin idarəetmə modeli, iş prinsipləri, karyera imkanları və innovativ yanaşmaları ilə tanış olublar.

Qeyd edək ki, düşərgə proqramının sonunda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin təqdim etdiyi musiqili konsert proqramı tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Xankəndidə şəhid övladları üçün intellektual düşərgə keçirilib - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ