Modern.az

Cəlilabadda 3 min abonentin qazı KƏSİLƏCƏK

Cəlilabadda 3 min abonentin qazı KƏSİLƏCƏK

Aktual

10 İyun 2025, 11:57

Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz təchizatı dayandırılacaq.

Modern.az-ın məlumatına görə, Cəlilabad şəhərində H.Əliyev prospekti 394 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün H.Əliyev prospekti, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək, S.Axundov, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 may, Təbriz, Xətai, Fizuli, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov, S.Vurğun küçələri olmaqla təqribən 3 min abonentin qaz təchizatının sabah saat 10:00-dan dayandırılması planlaşdırılır.

Qeyd olunan ərazilərdə qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ