Modern.az

Tahir Kərimli sədrlikdən gedir: Yerinə kim gələcək?

Tahir Kərimli sədrlikdən gedir: Yerinə kim gələcək?

Aktual

10 İyun 2025, 12:38

Tahir Kərimli Vəhdət Partiyasının (VP) sədrliyindən gedir.

Modern.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında VP-nin təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir:

"Tahir bəy deyir ki, bu günə günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”.

Fəxrəddin Ağazadənin sözlərinə görə, əgər qarşıdakı illərdə parlament seçkiləri keçirilsə, Tahir Kərimli namizədliyini irəli sürəcək.

Məlumata görə, Tahir Kərimli Vəhdət Partiyasının sədri vəzifəsini müavinlərindən birinə etibar edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ