Modern.az

UNEC-in rektoru Çində səfərdədir - FOTOLAR

UNEC-in rektoru Çində səfərdədir - FOTOLAR

Aktual

10 İyun 2025, 17:04

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Səfərin məqsədi təhsilin keyfiyyətinin artırılması, tədqiqatların stimullaşdırılması, müasir təhsil texnologiyalarının (EdTech) tətbiqi və yeniliklər sahəsində Çin universitetlərinin təcrübəsi ilə tanış olmaq, bu istiqamətdə faydalı əməkdaşlıqlar qurmaq, eləcə də çinli gəncləri UNEC-də təhsil cəlb etmək olub.

Səfərin ilk günündə UNEC nümayəndə heyəti Lanzhou Şimal-Qərb Normal Universitetində (Northwest Normal University) olub. 31 min tələbənin təhsil aldığı və MBA proqramı üzrə Çinin ən yaxşı universitetlərindən olan LŞQNU ilə UNEC  arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, MBA proqramı, iqtisadiyyat və menecment üzrə birgə kadr hazırlığı, "CFA Talents" layihəsinin reallaşdırılması, eləcə də tələbə-müəllim mübadiləsinə başlamağa dair razılıq əldə edilib.

UNEC nümayəndə heyəti Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində də (Lanzhou University of Finance and Economics) görüşlər keçirib. Geniş tərkibdə aparılan müzakirələrin yekununda UNEC və Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında ikili diplom proqramına başlamaq barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Səfər çərçivəsində UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində Çin-Azərbaycan Təhsil Əməkdaşlığı Mərkəzinin (China-Azerbaijan Education Cooperation Center) açılışı olub. Mərkəzin əsas missiyası hər iki universitetdə, eləcə də ali təhsil sahəsində yenilikləri paylaşmaq, müasir təhsil texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq etmək, rəqəmsal və ağıllı təhsilə keçidlə bağlı təcrübə mübadiləsi aparmaqdır.

Çinə səfər zamanı qurulan ən əhəmiyyətli əməkdaşlıqlardan biri də Lanzhouda UNEC-in nümayəndəliyinin açılışı olub. Nümayəndəliyin əsas missiyası çinli gəncləri UNEC-də təhsil almağa təşviq etmək və bu ali təhsil müəssisəsinin üstünlükləri barədə onları məlumatlandırmaqdır. Açılış mərasimində Lanzhoudakı UNEC-in nümayəndəliyinin rəhbəri Dr. Renying Li iştirakçılara təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi