Modern.az

Əli Əsədov Daşkənddən çağırış etdi

Əli Əsədov Daşkənddən çağırış etdi

Aktual

10 İyun 2025, 17:37

Azərbaycan ərazilərinin işğaldan azad edilməsiylə əlaqədar yeni reallıqlar da investisiya əməkdaşlığı üçün yaxşı perspektivlər yaradır.

Modern.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Daşkənd Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Baş nazir deyib ki, Azərbaycanda investorlar üçün əlverişli mühit yaradılıb. vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi, investorların hüquq və maraqlarının, mülkiyyət toxunulmazlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir:

“Yaradılmış əlverişli mühit xarici sərmayədarlar üçün geniş imkanlar yaradır. Bunun nəticəsi olaraq, son 20 ildə Azərbaycanın iqtisadiyyatına 338 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycan ərazilərinin işğaldan azad edilməsiylə əlaqədar yeni reallıqlar da investisiya əməkdaşlığı üçün yaxşı perspektivlər yaradır. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi