Modern.az

Bu məsələni Ukraynada yalnız mən müzakirə edə bilərəm! - Zelenski

Bu məsələni Ukraynada yalnız mən müzakirə edə bilərəm! - Zelenski

11 İyun 2025, 08:42

Prezident Vladimir Zelenski Rusiya ilə danışıqlar aparan Ukrayna nümayəndə heyətinin ərazi məsələlərini müzakirə etmək səlahiyyətinin olmadığını bəyan edib.

Modern.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu məsələni müzakirə etmək onun işidir.

"Bizim nümayəndə heyətinin humanitar məsələləri, hərbi əsirlərin və uşaqların qaytarılması və ya atəşkəsi müzakirə etmək mandatı var. Lakin onların Ukraynanın suverenliyi və ərazi təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək mandatı yoxdur", - prezident Zelenski deyib.

“Ərazilərlə bağlı danışıqlar aparmaq mənim işimdir”, - deyə Ukrayna prezidenti vurğulayıb və əlavə edib ki, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazırdır.

O, həmçinin bildirib ki, Kiyev itirilmiş torpaqlarını Rusiyanın “de-yure” ərazisi kimi tanımır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum