Modern.az

Rumıniya Universitetinin nümayəndələri Lənkəranda oldular

Rumıniya Universitetinin nümayəndələri Lənkəranda oldular

11 İyun 2025, 09:52

Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfər edib. Görüş 3-5 dekabr 2024-cü il tarixində Rumıniyanın “Dunarea de Jos” Galati Universiteti ilə Lənkəran Dövlət Universiteti  arasında imzalanmış ikili əməkdaşlığa dair müqavilə çərçivəsində reallaşıb.

Modern.az xəbər verir ki, Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov “Dunarea de Jos” Galati Universitetin prorektoru, prof. Artur Viorel Tuluşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qonaq universitetin fakültə dekanlarından dos. Karmelia Mariana Dragomir Balanica, dos. Kristian Vasile Dima, müəllim Qabriela-Alina Cioromele, universitetin rabitə, təşviqat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elena Bujor iştirak ediblər.
Rektor Natiq İbrahimov qonaqlara təmsil etdiyi universitetin təhsil uğurları, maddi-texniki bazanın yenilənməsi istiqamətində son illərdə görülən işlər, təhsilin modernləşdirilməsi sahəsində həyata keçirilən layihələr, qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib, söhbət əsnasında onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Görüşdə universitetlər arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin tələbə və müəllim mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub,  gələcəkdə birgə elmi konfransların təşkili vacib sayılıb, ali təhsil müəssisələrinin elmi jurnallarının ortaq nəşrlərin mümkünlüyü məsələsindən danışılıb.

Söhbət əsnasında görüş iştirakçıları qarşılıqlı səfərləri LDU ilə Qalati Universiteti arasında akademik və elmi sahələrdə davamlı və səmərəli əməkdaşlığın qurulması istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər. Tərəflər arasında gələcəkdə daha konkret təhsil  layihələrinin icrası üçün müvafiq razılığa gəlinib.

Görüşdən sonra Rumıniyanın “Dunarea de Jos” Galati Universitetin nümayəndə heyətinə LDU ilə əyani tanışlıq imkanı yaradılıb. Qonaqlar universitetin I və II saylı tədris korpuslarını gəzərək imtahanların gedişini və yoxlama prosesini izləyiblər.

Qeyd edək ki, səfər proqramına Lənkəranın aqrar yönümlü elmi tədqiqat müəssisələri, tarixi və mənzərəli yerləri ilə tanışlıq da daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum