Modern.az

15 yaşlı şagird qadın müəllimi bıçaqladı

15 yaşlı şagird qadın müəllimi bıçaqladı

Aktual

11 İyun 2025, 13:13

Fransanın Nojan-sur-Marne şəhərində 15 yaşlı şagird məktəb binasının qarşısında 31 yaşlı müəllimə bıçaqla hücum edib.

Modern.az xəbər verir ki, hadisə polisin təhsil müəssisələrində təhlükəsizliyin gücləndirilməsi məqsədilə keçirdiyi çanta yoxlaması zamanı baş verib. Qadın müəllim hücumdan qısa müddət sonra aldığı yaralardan dünyasını dəyişib.

“Bild” nəşrinin məlumatına görə, faciə polisin gözü qarşısında baş verib. Yeniyetmə müəlimə bir neçə bıçaq zərbəsi vurub. Polis hücumçunu tez bir zamanda zərərsizləşdirə bilib; həbs zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri də yüngül xəsarətlər alıb.

Məktəbdə 324 şagird olduğundan dərhal bina mühasirəyə alınıb, daha sonra uşaqlara psixoloji yardım göstərilib. Hücum edənin motivləri barədə hələlik heç bir məlumat verilməyib.

Son iki ayda Fransada 6000 belə yoxlama aparılıb - 186 bıçaq götürülüb, 32 tələbə saxlanılıb. Yoxlamalar rəsmilərin Paris yaxınlığındakı başqa bir məktəbdə yeniyetmənin bu yaxınlarda ölümünə reaksiyası olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum