Modern.az

İşçi qrupun üzvlərinin sayı 15-ə ÇATDIRILDI

İşçi qrupun üzvlərinin sayı 15-ə ÇATDIRILDI

Aktual

11 İyun 2025, 15:49

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib.

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sözügedən işçi qrup 8 nəfərdən ibarət olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır