Modern.az

Qəzzada həlak olanların sayı 55 mini ÖTÜB

Qəzzada həlak olanların sayı 55 mini ÖTÜB

Aktual

11 İyun 2025, 17:44

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında 55,104 nəfər həlak olub, 127,394 nəfər isə yaralanıb.

Modern.az-ın Qəzza Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölənlərin yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum