Modern.az

Azərbaycanla Gürcüstan hərbi tibb mütəxəssisləri görüşdü - FOTO

Azərbaycanla Gürcüstan hərbi tibb mütəxəssisləri görüşdü - FOTO

Aktual

12 İyun 2025, 09:50

Bakıda Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında "Hərbi tibb sahəsində əməkdaşlıq" üzrə ikitərəfli görüş keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb Fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini və İstirahət evini ziyarət ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı