Modern.az

Bakıda silah-sursat aşkarlandı

Bakıda silah-sursat aşkarlandı

Aktual

12 İyun 2025, 10:06

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Modern.az verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Binəqədi və Qaradağ rayonları ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 1 patron darağı və 15 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı