Modern.az

Ədliyyə orqanlarına qəbul imtahanı KEÇİRİLƏCƏK

Ədliyyə orqanlarına qəbul imtahanı KEÇİRİLƏCƏK

Aktual

12 İyun 2025, 11:40

Ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçiriləcək.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədləri qəbul edilmiş namizədlər 12 iyun saat 12:00-dan 3 iyul saat 12:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər. Test imtahanı 13 iyul 2025-ci il tarixində saat 11:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı