Modern.az

Buzovna qəsəbəsinin işığı KƏSİLƏCƏK

Buzovna qəsəbəsinin işığı KƏSİLƏCƏK

Aktual

13 İyun 2025, 09:38

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sizə yeni x var
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur