Modern.az

61 yaşlı kişini qətlə yerən şəxs tutuldu

61 yaşlı kişini qətlə yerən şəxs tutuldu

Aktual

13 İyun 2025, 09:42

İyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

Qeyd edilib ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur