Modern.az

Türk Dövlətləri Təşkilatının özbək nümayəndələri Lənkəranda...

Türk Dövlətləri Təşkilatının özbək nümayəndələri Lənkəranda...

Aktual

13 İyun 2025, 11:55

İyunun 12-də Lənkəran şəhərində Gənclər və İdman Nazirliyi və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə “Türk Dünyası Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının bağlanış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, bağlanış mərasiminə qatılan Türk Dövlətləri Təşkilatının Özbəkistandan olan nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub. Qonaqları LDU-nun  rektoru prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı LDU və Özbəkistan Respublikasının elm və ali təhsil müəssisələri arasında yaranan qarşılıqlı əlaqələrdən, bu əlaqələrin genişləndirilməsi istiqamətində son aylarda görülən işlərdən, qarşıdakı perspektivlərdən söz açılıb. Özbək qonaqlar səmimi qarşılanmaya, göstərilən diqqətə görə universitet rəsmisinə minnətdarlıq edərək LDU-da olmalarından məmnunluq duyduqlarını bildiriblər. Tərəflər söhbət əsnasında qarşılıqlı əməkdaşlıq imkanlarını nəzərdən keçirməyin vacibliyindən də söz açıblar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Özbəkistanın Ümumdünya Gənclər Assosiasiyasının sədri, nümayəndə heyətinin rəhbəri Otabek Şavkatov, Özbəkistan Könüllülər Assosiasiyasının layihə rəhbəri Sunnatillo Khujaev, Özbəkistan Ali Məclisin Qanunvericilik Palatası yanında Gənclər Parlamentinin üzvü Məhəmmədnur Murodxanov və Gənclərin Problemlərinin Öyrənilməsi və Perspektivli Kadrların Hazırlığı İnstitutunun Peşəkar İnkişafın Monitorinqi və Təlimin Təşkili şöbəsinin müdiri Nodirxan Abbosov iştirak ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur