Modern.az

Polis istifadəyə yararsız 600 kq toyuq əti aşkarladı

Polis istifadəyə yararsız 600 kq toyuq əti aşkarladı

Aktual

13 İyun 2025, 12:58

Yol polisi istifadəyə yararsız ət məhsulunun dövriyyəsinin qarşısını alıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, qida məhsullarının daşınması zamanı sanitar-gigiyenik normalara və hüquqi tələblərə əməl olunması insanların sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə baş verən pozuntular ciddi nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsinin Saray qəsəbəsində yerləşən stasionar postunda xidmət aparan YPX əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobilin saxlanılması zamanı aparılan yoxlama nəticəsində yük yerində təxminən 600 kiloqram toyuq əti aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məhsulun müşayiətedici sənədləri yoxdur, eləcə də qablaşdırma, daşınma və saxlanma qaydaları kobud şəkildə pozulub. Bu isə məhsulun istifadəyə yararlılığına əsaslı şübhə yaradıb. Aşkarlanmış məhsul Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb".

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların həyat və sağlamlığını təhlükəyə atan halların qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur