Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş baş naziri Ovik Abramyanı saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Onun saxlanmasının təfərrüatları tam açıqlanmayıb. Eks-baş nazirin evində axtarış aparıldığı bildirilib.
Abramyanın çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və sahibkarlıq fəaliyyətində qanunsuz iştirak ittihamları ilə saxlanıldığı deyilir.