Modern.az

SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı öldürüldü

SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı öldürüldü

Aktual

13 İyun 2025, 14:42

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadə İsrailin hücumlarında öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

"İsrail qırıcıları gecə ərzində SEPAH Hərbi Hava Qüvvələrinin yeraltı qərargahına zərbələr endirib. Komandir Əmirəli Hacızadə və yüksək rütbəli zabitlər, o cümlədən pilotsuz təyyarə rəisi Taher Pour və hava hücumundan müdafiə rəisi Davud Şeyxian öldürülüb", - məlumatda qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur