Modern.az

AZAL daha 3 istiqamət üzrə reysləri ləğv etdi

AZAL daha 3 istiqamət üzrə reysləri ləğv etdi

Aktual

13 İyun 2025, 14:50

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Ləğv edilən reyslər:

• Bakı-Lahor-Bakı
J2 145/146
• Bakı-Mumbai-Bakı
J2 059/060
• Bakı-Dammam-Bakı
J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur