Modern.az

İran İsraili peşman edəcək! - Pezeşkian

İran İsraili peşman edəcək! - Pezeşkian

Aktual

13 İyun 2025, 14:58

İran prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.

Modern.az xəbər verir ki, Pezeşkian İsrailin İrana hava zərbələri endirməsilə böyük səhv etdiyini vurğulayıb.

O deyib ki, İranın cavabı sərt və qanuni olacaq.

Prezidentin sözlərinə görə, İran xalqı və rəsmiləri bu hücum qarşısında susmayacaq və İsraili peşman edəcək.

Müraciətdə deyilir ki, İsrailin İranın Tehran və digər şəhərlərinə hava hücumları nəticəsində çoxlu sayda mülki şəxs - uşaq, qadın, qoca ölüb, hərbi komandanlar və nüvə alimləri həlak olub.

"Ötən gecə baş verən hücum mütləq şəkildə cavablandırılacaq", - Pezeşkian vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur