Modern.az

Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verildi - FOTO

Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verildi - FOTO

Aktual

13 İyun 2025, 15:54

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 23 inzibati xəta üzrə səlahiyyətlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülüb.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Belə ki, Xidmət rəisi Rafiq Aslanov xidmətin aparatı və regional bölmələrin nümayəndələri ilə görüş keçirib. R.Aslanov görüşdə Prezident İlham Əliyevin 04 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə xidmətin qarşısına qoyulmuş vəzifə və funksiyaların icrası ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xidmət rəisi qeyd edib ki, sözügedən Fərmanla Prezidentin 29 Fərmanına 90 dəyişiklik edilib. Qeyd edilən dəyişikliklər çərçivəsində həm ölkə başçısının İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı 16 fevral 2016-ci il tarixli 795 nömrəli fərmanına, həm də ölkə başçısının məhkəmələrin baxdığı işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə 3 may, 2017-ci il tarixli 1361 nömrəli fərmana ümumilikdə 15 dəyişiklik edilib. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 23 inzibati xəta üzrə səlahiyyətlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülüb.

Xidmət rəisi həmçinin əlavə edib ki, əvvəllər suların istifadəsi və mühafizəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə bundan sonra ADSEA baxacaqdır.

Xidmət rəisinin müavini Tural Abbasov isə öz çıxışında bildirib ki, bundan sonra İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 13 inzibati xəta üzrə Xidmət və regional bölmənin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə, 10 inzibati xəta ilə bağlı isə inzibati xəta haqqında protokol tərtib edilməklə yanaşı həm xidmət və regional bölmələr müvafiq qərarlar qəbul edəcək.

Eləcə də, tədbir zamanı xidmətin digər struktur bölmə rəhbərlərinin çıxişları dinlənilib və işin düzgün təşkili ilə bağlı lazımi tapşırıqlar verilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur