Modern.az

Müğənninin itkin düşən qardaşı oğlu TAPILDI

Müğənninin itkin düşən qardaşı oğlu TAPILDI

Aktual

13 İyun 2025, 18:40

Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.

 

Modern.az Apa-ya istinadən məlumat verir ki, mayın əvvəlindən barəsində itkin kimi axtarış elan olunan 1990-cı il təvəllüdlü Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

 

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

 

Qeyd edək ki, itkin kimi axtarılan Rahib Bayramovun müğənni Əlikram Bayramovun qardaşı oğlu olduğu bildirilib.

 

Onun itkin düşməsi barədə ARB kanalında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Onun atası Qafar Bayramov verilişə müraciət edərək bildirib ki, oğlu mayın 8-də Biləsuvar rayonundan Bakıya gəlib və bundan sonra ondan xəbər almayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU