Modern.az

Şimali Kiprin Baş naziri MÜSİAD Azərbaycanda - FOTOLAR

Şimali Kiprin Baş naziri MÜSİAD Azərbaycanda - FOTOLAR

Aktual

14 İyun 2025, 17:28

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, MÜSİAD Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Azərbaycan üzvü Azər Göyüşov və Gənc MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Akif Başoğlu iştirak ediblər.

Tərəflər arasında keçirilən görüş zamanı iki qurum arasında əməkdaşlıq təşəbbüsləri, eləcə də Azərbaycan və Şimali Kipr arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə, Azərbaycan və Şimali Kipr MÜSİAD şöbələri arasında işbirliyinin dərinləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və B2B (şirkətlərarası) görüşlərin artırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
MÜSİAD Azərbaycan nümayəndə heyəti, həmçinin İctimai Birliyin uzunmüddətli hədəfləri çərçivəsində, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrində fəaliyyət göstərən MÜSİAD şöbələri ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində planlarından bəhs edib.

Görüşdə, eyni zamanda Azərbaycanlı tələbələrin Şimali Kipr universitetlərində təhsilə təşviqi və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə mövzusu olub.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU