Modern.az

Qəzada yaralanan sürücü xəstəxanada öldü

Qəzada yaralanan sürücü xəstəxanada öldü

Aktual

15 İyun 2025, 10:37

Zaqatala rayonunda ötən gün yol qəzasında xəsarət alan sürücü bu gün dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, hadisə iyunun 14-də saat 17:00 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb.

Belə ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU