İyunun 15-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir.
Bəzi bölgələrdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Şahdağda 23, Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Kəlbəcərdə 16, Şirvanda 15 m/s-yə çatır.
Quba, Ağstafa, Balakən və Zaqatalada arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Qazax rayonu Kəmərli kəndinə saat 15:51-16:06 radələrində diametri 18-20, Yuxarı Salahlı kəndinə isə saat 16:00-16:05 radələrində diametri 16 mm olan dolu yağıb.