Modern.az

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirildi

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirildi

Aktual

16 İyun 2025, 15:04

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 39 nəfərin saxlanıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, əməliyyat Türkiyənin 18 vilayətini, o cümlədən Adana, Hatay, Kahramanmaraş, Kayseri, İstanbul və Bursanı əhatə edib.

Nazir bildirib ki, saxlanılan şəxslər İŞİD-ə bağlı strukturlara vəsait köçürüb, həmçinin sosial şəbəkələrdə terror ideologiyasının təbliği ilə məşğul olublar.

Axtarışlar zamanı qadağan olunmuş ədəbiyyat və elektron məlumatlar aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır