Modern.az

Ərdoğan hökumət üzvlərini topladı - İran-İsrail müharibəsi müzakirə olunur

Ərdoğan hökumət üzvlərini topladı - İran-İsrail müharibəsi müzakirə olunur

Aktual

16 İyun 2025, 17:22

Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident kabinetinin iclası başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, hökumətin gündəliyində əsas mövzu İran-İsrail münaqişəsidir.

Prezident R.T. Ərdoğan məsələ ilə bağlı İraq Baş naziri, Oman Sultanı, Küveyt Əmiri, ABŞ Prezidenti, Rusiya Prezidenti, İran Prezidenti ilə telefonla danışıb.

“Terrorsuz Türkiyə”, iqtisadi inkişaf, Ukrayna və Rusiya arasında davam edən müharibə iclasın gündəliyində olan digər məsələlərdir.

Prezident Kabinetinin iclası sonuncu dəfə iyunun 2-də toplanıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır