Modern.az

İsrailin məqsədi İranda siyasi rəhbərliyi dəyişmək deyil - Səfir

İsrailin məqsədi İranda siyasi rəhbərliyi dəyişmək deyil - Səfir

Aktual

16 İyun 2025, 17:42

“İsrailin hərbi əməliyyatının məqsədi İran İslam Respublikasının siyasi rəhbərliyini aradan qaldırmaq deyil”.

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Halperin bildirib.

Onun sözlərinə görə, İsrailin mövqeyi ondan ibarətdir ki, siyasi hakimiyyət məsələsini "İran xalqı" həll etməlidir.

“Bundan başqa, İsrail əməliyyat üçün son tarixlər təyin etmir”, - deyə səfir bildirib.

"İsrail son tarixlər təyin etmir... Biz təhlükələrin gəldiyi İran əraziləri və ya İsrail üçün təhlükə yarada biləcək anbarların olduğu ərazilər baxımından sərhədlər qoymuruq", - Halperin bildirib.

İyunun 13-də səhər saatlarında İsrail İrana zərbə endirib. Hücum nəticəsində 224 nəfər ölüb, 1227 nəfər yaralanıb. Yüksək rütbəli hərbçilər və nüvə alimləri öldürülüb.

İranın İsrailə endirdiyi cavab zərbələri nəticəsində 24 nəfər ölüb, 287 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır