Modern.az

İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanıldı - FOTO

İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanıldı - FOTO

Aktual

17 İyun 2025, 09:04

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

Bildirilib ki, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK