Modern.az

İrandakı diplomatlarımız Bakıya qayıdır? Rəsmi AÇIQLAMA

İrandakı diplomatlarımız Bakıya qayıdır? - Rəsmi AÇIQLAMA

Aktual

17 İyun 2025, 10:46

Ötən gün Xarici İşlər Nazirliyi 41 nəfər vətəndaşımızın İrandan təxliyyə edildiyini açıqlayıb. Təxliyyə edilənlər arasında diplomatların ailə üzvləri də var.

İsraillə İran arasında artan hərbi gərginlik fonunda Azərbaycanın İrandakı səfirlik və konsulluq işçilərinin, diplomatların da ölkəmizə təxliyyə edilib-edilməyəcəyi müzakirə edilir.

Modern.az məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Ayxan Hacızadə bildirib ki, İrandakı Səfirlik və Baş Konsulluğumuz fəaliyyətini davam etdirir.

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı